RU
12 nəfər qurban ətindən zəhərlənib
15:02
1179

12 nəfər qurban ətindən zəhərlənib

Avqustun 1-də Tovuz rayonunun Azaflı kəndində qurban ətindən zəhərlənmə ilə bağlı 7 nəfər hələ də xəstəxanada müalicə alır.

7News.az bildirir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, həmin gün zəhərlənmə ilə bağlı 12 nəfər xəstəxanaya gətirilib. Onlardan 5-nə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılıb, 7 xəstə isə xəstəxananın infeksiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada müalicə olunanların vəziyyətləri orta-ağır, stabil qiymətləndirilir.

Xəstəxanadan bildiriblər ki, zəhərlənmə hadisəsi Azaflı kəndində Musayevlər ailəsinin qurban kəsdiyi heyvanın ətindən baş verib. Ailə qurban ətindən qonşulara da paylayıb. Əti yeyən ailə üzvləri və qonşular zəhərləniblər. Hazırda qurban kəsən ailənin 4 üzvü xəstəxanadadır.

1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızı, 2013-cü il təvəllüdlü Abdullayev Ömər Qabil oğlu, 1981-ci il təvəllüdlü Həsənova Samirə Məhəmmədəli qızı, 1995-ci il təvəllüdlü Musayev Rövşən Nizami oğlu, 1996-cı il təvəllüdlü Hüseynov Hikmət Mehman oğlu, 1975-ci il təvəllüdlü Əhmədova Zərifə Valeh qızı hazırda stasionar müalicə alırlar. Müalicə alanlardan 1994-cü il təvəllüdlü Musayeva Lalə Nizami qızının mədəsində kəskin ağrılar olduğundan onun vəziyyəti ağır qiymətləndirilir. Digər xəstələrin vəziyyəti artıq stabilləşib./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ