RU
12 yaşlı oğlana dedilər
14:10
1357

12 yaşlı oğlana dedilər

"Mənə dedilər ki, sürücünü güllələməliyəm. İmtina etdim. Onda dedilər ki, ölümümü özüm seçim: ya başımı kəsəcəkdilər, ya da körpüdən aşağı atılmalıydım. Aşağı atılmağı seçdim".

12 yaşlı Anhel Ariel Eskalante Peres 128 metr hündürlükdən aşağı atılıb.

O, möcüzə nəticəsində sağ qalıb. Balaca Anhel körpünün altındakı dərəyə, kolluğa düşdüyündən ölməmişdi.
Bədənində çoxsaylı travmalar, sınıqlar olsa da o, sağ idi.
Atası və polis onu 3 gün axtarandan sonra kolluqda tapdılar.

Anhel can verirdi.
O, təcili yardımla xəstəxanaya aparılıb. Həkimlər 15 gün Anhelin həyatı uğrunda mübarizə aparsalar da, onu xilas edə bilməyiblər.
Anhel intensiv terapiya şöbəsinin palatasında keçinib.
Anhelin atası Luis Eskalantenin dediyinə görə, oğlu 18 gün əvvəl Qvatemalanın paytaxtı Qvatemala-Sitidə məktəbdən evə qayıdanda İnçensio körpüsündə bandit dəstəsinin əlinə keçib.
Yeniyetmə və gənc qanqsterlər Anheli döyəndən sonra ona saxladıqları avtobusun sürücüsünü güllələməyi əmr ediblər.

Anhel boyun qaçıranda isə ona "ölüm yolu"nun seçimi təklif olunub./milli

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ