RU
12 yaşlı uşaq universitetə daxil oldu:
12:30
227

12 yaşlı uşaq universitetə daxil oldu: "Ən böyük arzum prezident olmaqdır"

Qanada 12 yaşında universitetə daxil olan Viemens Bamfo adlı uşaq gündəmə düşüb.

7News.Az-ın məlumatına əsasən, Bamfo 40 yaşında prezident olmaq istədiyini deyib.

Dövlət idarəçiliyi fakultəsinə daxil olan Bamfo ibtidai sinifdən sonra kimya mühəndisi olan atası tərəfindən evdə təhsil alıb. O, məktəbi bitirmək üçün imtahanlara girib və uğur qazanıb.

"40 yaşında prezident olmaq, Qananın bayrağını yüksəklərə qaldırmaq, Qananı Çin, ABŞ və İngiltərə kimi dövlətə çevirmək istəyirəm”, - deyə Viemens bildirib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ