Hindistanın Ponda şəhərindən olan 19 yaşlı Secal Pai 120 kiloqram çəkidən 30 kiloqram ata bilib.
Bu barədə "Times of India" yazır.
Keçmişdə peşəkar üzgüçü olmasına baxmayaraq, birinci kurs tələbəsi qeyri-sağlam həyat tərzi nəticəsində kökələrək 120 kilo ağırlığında olub.
Artıq əyninə istədiyi paltarları geyinə bilmədikdə Pai arıqlamaq qərarına gəlib.
Düzgün qidalanma, intensiv məşqlər, piyada gəzintilər və aerobika onu tez bir zamanda arıqladıb.
Hazırda Pai səhər yeməyinə qara qəhvə ilə almanın yarısını yeyir, yaxud 200 qram yağsız süd içir.
Günortaya o, iki yumurtadan omlet hazırlayıb xiyarla yeyir, yaxud 5 tikə toyuq ətiylə pomidorla qidalanır.
Saat 7-dək şam yeməyini bitirən Pai axşamlar xiyar, bir neçə dilim balqabaq, yaxud alma yeyir, saat 7-dən sonra isə yalnız su içir.
15 gündən bir Pai iki tikə pizza, balıq, ədviyyatlı düyü, yaxud burger yeyə bilər.
Beləliklə, Secal arıqlamağının əsas sirrini pəhrizlə məşqin düzgün balanslaşdırılmasında görür. Onun fikrincə, ardıcıl, intizamlı olmaq və kiçik porslarla yemək lazımdır.
Hazırda qız istədiyi geyimləri artıq geyinə bilir, lakin dayanmaq fikrində deyil və artıq çəkinin hamısından qurtulmağı düşünür.
"Əvvəllər idman məşqlərinə nifrət edirdim, amma nəticələri görməyə başladıqdan sonra onlar vərdiş halına çevrildilər", - deyə Pai etiraf edib.











