ABŞ-ın Ohayo ştatında ciddi insan tələfatı ilə nəticələnən müəmmalı silahlı insident əlaqədar qurumları hərəkətə keçirib.
7News.Az xarici mediaya istinadən bildirir ki, 4 müxtəlif məkanda törədilən qətllərin ümumi cəhəti qurbanların "edam sayağı" öldürülməsidir. Azı 8 nəfərin qətlə yetirildiyini bildirən polis rəsmiləri, ölənlərin hamısının eyni ailədən olduğuna diqqət çəkib. Naməlum silahlılar hədəfdəki insanları odlu silahla başlarından vuraraq öldürüb. Cinayətin gecə saatlarında baş verdiyi güman edilir. Çünki ölənlərin əksəriyyətinin yatdıqları yerdə güllələndiyi məlum olub. Qətlə yetirilənlərdən ən gəncinin 16 yaşı var, 3 azyaşlının silahlı insidentdən sağ çıxdığı bildirilir. Qətliamı araşdırmaq üçün hadisə yerinə xeyli sayda xəfiyyə və müstəntiq göndərilib. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Daha bir qətliam isə Corciya ştatında baş verib. Bir silahlı 5 nəfəri qətlə yetirdikdən sonra, tapança ilə öz həyatına da son qoyub. Hər iki faktla bağlı araşdırmalar davam edir.
7News.Az








