7news.Az GoldNews.Az istinadən xəbər verir ki, Yıldırıma 4 dəfə atəş açaraq, onu yaralayan Əmrah B. qaçmağa çalışarkən polislər tərəfindən cinayət aləti olan silahla yaxalanıb. Xəstəxanaya çatdırılan Yıldırımın həyatını xilas etmək mümkün olmayıb. Əmrah B. məhkəməyə aparılarkən, "Öldürdüyüm şəxs 13 yaşındakı qızıma təcavüz etdi, başqa qızların da başına gəlməsin deyə etdim" deyib. O, ilk məhkəmə prosesində həbs edilib.
Sosial mediada sərbəst buraxılması üçün kompaniya başladılan Əmrah B.-nin cinayətdən 8 gün öncə 15 yaşlı suriyalı qaçqın C.N. ilə evlənmək istədiyi iddia edilib. Belə ki, bazarda satıcılıq edən Əmrah alış-veriş zamanı gördüyü və eyni məhəllədə yaşadığı C.N. ilə evlənmək istəyib, ancaq qızın ailəsi razı olmayıb. Azyaşlı qızın evinə gedən Əmrah B. azyaşlının atası ilə mübahisə edib və onu ölümlə hədələyib.
Polis mərkəzində ifadə verən qızın atası A.N. ifadəsində bildirib ki, qızı ilə evlənmək istəyən Əmrah C.-nın azyaşlı olmasını dəfələrlə ona bildirilməsinə rəğmən, o israr edib. O, qızı atasından zorla istəyib.
İddiaları rədd edən Əmrah isə, "Bazarda gördüyüm C.N.-nin 18 yaşı olduğu deyilmişdi. Alış-veriş üçün məndən 1500 manat aldılar. Sonra 10 min manat da istədilər. Verməyəcəyimi deyəndə isə dalaşdıq. Bunun üzərinə, daha öncə verdiyim 1500 manatı istədim. Yenidən mübahisə düşdü. Heç kimi təhdid etmədim" - deyə əlavə edib.
Bir müddət sonra suriyalı ailə şikayətini geri götürüb.
7news.Az








