RU
130 arvadı olan kişi vəfat etdi - VİDEO - FOTO
14:40
415

130 arvadı olan kişi vəfat etdi - VİDEO - FOTO

Nigeriyada 93 yaşlı Muhamməd Bello Əbubakar vəfat edib.

7News.az SNBC-yə istinadən bildirir ki, Əbubakarın 130 arvadı və 201 övladı vardı. Onun arvadları arasında 34 qadın hamilədir.

Ölkəsinin məşhur din xadimlərindən olan Muhəmməd Bello Əbubakarın dəfninə on minlərlə insan qatılıb.

"Allah-Təala mənə xüsusi vəzifə və tapşırıq verib. Adi din xadimiyəm, amma nəslini artırmaq üçün qeyri-adi insanam. 130 arvadım var. Adi kişi üçün bu qədər qadınla yaşamaq çətindir. Lakin Allah-Təala mənə yardım edir, güc verir və bu qədər arvadın öhdəsindən gəlirəm", - Əbubakar söyləyirdi.

 

Əbubakar 2008-ci ildə çoxarvadlılıq üstündə həbs olunanda onun xanımlardan kimsə məhkəmə prosesində şikayətlənməyib.//milli.az

7News.az

130 arvadı olan kişi vəfat etdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ