RU
130 arvadı olan nigeriyalı vaiz vəfat edib
00:20
291

130 arvadı olan nigeriyalı vaiz vəfat edib

Nigeriyada ata Masaba adı ilə tanınan və 130 arvadı olan 93 yaşlı keçmiş vaiz vəfat edib.

7news.Az BBC-yə istinadən xəbər verir ki, Məhəmməd Bello Əbubəkir ötən həftənin şənbə günü öz evində xəstəlikdən dünyasını dəyişib. Xəstəliyin adı açıqlanmayıb.

"Nigeria's Daily Trust” qəzetinin verdiyi məlumata görə, 2008-ci ildə məşhurlaşan Əbubəkirin o zaman 85 arvadı var idi. Lakin ölənə kimi bu rəqəm 130-a çatmışdı.

Qəzetin yazdığına görə, onun xanımlarından bəziləri hamilədir. Əbubəkirin 203 uşağı qalıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ