Hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edilib.
Maliyyə Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, bu barədə qərar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclasında verilib.
7NEWS.Az








