RU
131 milyon dollarlıq kokain ələ keçdi - VİDEO - FOTO
14:50
393

131 milyon dollarlıq kokain ələ keçdi - VİDEO - FOTO

ABŞ-ın Nyu-Cersi ştatındakı Nyu-Ark şəhərində ümumi çəkisi 1,6 ton olan kokain ələ keçib.

ABŞ-ın Federal Təhqiqat Bürosunun və Britaniya polisinin Cinayətkarlıqla Mübarizə Milli Bürosunun (The National Crime Agency, NCA) birgə hazırlayaraq reallaşdırdıqları əməliyyat nəticəsində aşkarlanmış bu kokain partiyasının "qara bazar"dakı dəyəri 131 milyon dollardır.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, 60 bağlamadakı kokain Nyu-Arkdan Rotterdama, oradan da Londona çatdırılmalıydı.

Londonda isə bu partiya 15 milyondan artıq "doza"ya bölünərək satışa çıxarılacaqdı.

 

Kokain Nyu-Ark limanındakı yük konteynerlərindən birində idi.

7News.Az

131 milyon dollarlıq kokain ələ keçdi

131 milyon dollarlıq kokain ələ keçdi - VİDEO - FOTO

131 milyon dollarlıq kokain ələ keçdi - VİDEO - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ