Həsən bəy Zərdabi, Nəriman Nərimanovun yazılarının dərc etmək hər bir qəzetə nəsib olmur. Bunun üçün ən azından, həmin tarixi şəxsiyyətlərin yazıb-yaratdığı dövrlərə mənsub olmaq lazımdır. Amma bu da hələ hər şey demək deyil. Ən çətini, ilk nömrəsi 135 il əvvəl çapdan çıxmış bir qəzeti bu gün də yaşatmaqdır. Çətin olsa da, bu mümkündür.
"Kaspi” qəzetinin redaksiyasından fotoreportaj:
1881-ci ildə ilk dəfə işıq üzü görən "Kaspi” qəzeti Bakı burjuaziyasının təşəbbüsü ilə yaradılmışdı. Cəlil Məmmədquluzadə 1902-ci ildə Dəlmə bağları haqqındakı ilk məqaləsini "Kaspi" qəzetinə göndərib.
Azərbaycanın tarixi şəxsiyyəti, milyonçu Hacı Zeynalabdin Tağıyev 1897-ci ildən sonra qəzetin naşirliyini öz üzərinə götürür. Redaktorluq vəzifəsi gələcəyin görkəmli siyasi xadimi Əlimərdan bəy Topçubaşova tapşırılır.
1919-cu ildə qəzetin fəaliyyəti dayandırılıb. 1999-cu il martın 6-da mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə qəzet yenidən fəaliyyətə başladı. Hazırda "Kaspi” üç dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Fəaliyyətinin əsas məqsədi isə millətin, xalqın qəzeti olmaqdır. Bunu "Kaspi” qəzetinin əsas iş prinsipi kimi seçən təsisçi Sona Vəliyeva müasir "Kaspi”nin sələflərinin iş metodikasına və məqsədinə sadiq qaldığını vurğulayır:

""Kaspi” qəzeti media aləminə öz gəlişi ilə əsas məqsəd kimi klassik sələfinin ənənələrinə sadiq qalaraq, milli qəzet olmağı, digər tərəfdən, dünyanın ən mütərəqqi mətbuatının inkişaf prinsiplərindən bəhrələnərək daim yenilik və müasirliyi öz fəaliyyətində əks etdirməyi qarşısına məqsəd qoydu. Söz, mətbuat azadlığının gətirdiyi azad fikirliliyin ölçü-biçisini düzgün dərk etdi. Qəzet daim media etikasına sadiq qalıb. Şəxslərin təhqirinə heç zaman yol verməyərək istər sadə vətəndaşların, istər müəyyən sahəyə aid yetkili şəxslərin şərəf və ləyaqətini qorumaq baxımından lazımi məqamlarda balanslı mövqe nümayiş etdirib. Müasir "Kaspi” sələflərin iş metodikası və məqsədinə sadiq qalaraq, millətin, xalqın qəzeti olduğunu sübut etdi”.
"Mükafatlar bizi sakitləşdirmir...”

İlham Quliyev həmçinin qəzet mətbuatının yaşadığı çətinliklərdən də söz açıb:
"Hazırda 135 illik yubileyə doğru gedirik. Bilirsiniz ki, son illər baş verən proseslər çərçivəsində qəzet kağızı iki dəfə bahalaşdı. Nəticədə qəzetlərin çapı bahalı bir işə çevirildi. Bu baxımdan üzərimizə böyük yük düşür. Düzdür, son vaxtlar qəzetlərə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsi ilə diqqət ayrılır. Hazırda "Kaspi”nin əsas prinsipi mövcudluğumuzu qoruyub saxlamaqdır. Amma bununla belə, biz yubileyə əliboş getmirik. Həftə sonu 24 səhifə ilə oxucuların görüşünə gəlirik. Özü də rəngli bir formatda. Üstəlik, qəzetin 3 əlavəsi var. Ədəbiyyat, Gənclik və Teatr əlavəsini qoruyub saxlayırıq. Yanvarın 1-dən isə "ArtKaspi.az” adlı sayt fəaliyyətə başlayacaq. Bu sayt ədəbiyyat və mədəniyyət sahəsi üzrə ixtisaslaşacaq. 2017-ci ildə xarici auditoriya üçün hesablanmış ingilis dilli versiyanı daha da inkişaf etdirmək fikrindəyik. İl ərzində bir neçə böyük layihələrimiz var. Onlardan biri mart ayında həyata keçiriləcək. Həmin vaxt dövlət orqanlarından biri ilə müsabiqəmiz nəzərdə tutulub. Hazırda onunla bağlı müzakirələr gedir. Kollektivimizin əməkdaşları müxtəlif vaxtlarda dövlət tərəfindən qiymətləndirilib. Elə keçən il 2 nəfər "Əməkdar jurnalist” fəxrı adı alıb, 1 nəfər "Tərəqqi” medalı ilə təltif edilib. Qəzetimizin 3 əməkdaşına dövlət tərəfindən jurnalistlər üçün tikilən binada mənzil verilib. Bundan başqa, "Kaspi” qəzeti "Ali Media Mükafatı”na layiq görülüb. Qəzetimizin təsisçisi Sona xanım Vəliyeva da Həsən bəy Zərdabinin həyatından bəs edən "İşığa gedən yol” romanına görə "Ali Media Mükafatı”na layiq görülüb. Bu mükafatlar bizi sakitləşdirmir, istəyirik ki, bu siyahını daha da genişləndirək”.
"Çap mediası internet məkanına uduzur”

"Qəzet jurnalistə araşdırmaq üçün imkanlar açır”

"Sosial şəbəkələr çaşqınlıq yaradıb, insanların oxu zövqləri dəyişilib”

"Kaspi” qəzetinin əməkdaşı, Əməkdar jurnalist Təranə Məhərrəmova hesab edir ki, 18 ildir ki, çalışdığı mətbu orqan əmin əllərdədir: "Burda müxbirlikdən "Əməkdar jurnalist” fəxri adına kimi yüksəlmişəm. İnsanlar fərqli olur. Bəzən iş yerini tez-tez dəyişənlər kimi iş yerlərinə bağlananlar da olur. Mən ikincilərdənəm. "Kaspi” mənə ata ocağıdır. Bu gün mediada, internet mətbuatı ilə sosial şəbəkənin kağız mətbuatını sıxışdırdığı bir zamanda "Kaspi” öz mövcudluğunu qoruyub saxlaya bilib. Bəzən deyirlər ki, internet media kağız mətbuatını üstələyəcək. Mən bunu yaxın zamanlar üçün görmürəm. Çünki qəzetin həmişə öz yeri var, olacaq da. Qəzet oxucuları öz vərdişlərindən əl çəkmir. Qəzetə daha çox ziyalılar üz tutur. Sosial şəbəkələr elə çaşqınlıq yaradıb ki, insanların oxu zövü dəyişib. Dünyanın bir çox ölkələrində ən nüfuzlu qəzetlərin redaksiyalarında olmuşam. Oradakı qəzetçiliklə tanış olarkən düşünmüşəm ki, bu gün "Kaspi” həmin mətbuatın prinsiplərinə cavab verir. Müasir dünyada telekanallarda maraqlı verilişlər çəkilir, qəzet aləmində isə xüsusi əlavələr yaranıb. "Kaspi” də bu tələblərə cavab verir. Elə layihələrimiz var ki, o, Azərbaycan mediasında ancaq "Kaspi”dədir. "Kaspi” əmin əllərdədir.”//azadinform.az
7News.az











