14 gün əvvəl kanalda batan əsgərin meyiti tapıldı - HƏSSAS KADRLAR
Mingəçevirdə 14 gün əvvəl 19 yaşlı gənc su kanalında boğulub. Allahverdi Əhmədovun axtarışlarına FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin aran dalğıc-axtarış qrupu cəlb olunmuşdu. Bu gün aran dalğıc axtarış qrupu Yuxarı Qarabağ kanalının "vaqonlar körpüsü” deyilən ərazidən taparaq aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, hadisədən 2 gün əvvəl axşam saatlarında Allahverdi evdən çıxıb geri qayıtmamışdı. 6 aylıq əsgəri xidmətdə olan gənc 10 günlük evə məzuniyyətə gəlmişdi./yeniavaz