RU
14 toyda monitorinq: COVID-19 pasportu olmayan 115 nəfər geri qaytarıldı
14:20
230

14 toyda monitorinq: COVID-19 pasportu olmayan 115 nəfər geri qaytarıldı

Avqustun 28-də və 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 14 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə 7News.Az-a DİN Mətbuat xidmətindən məlumat verilib.

Monitorinq 4 şadlıq sarayında, 10 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa, 115 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ