Araşdırma aparılır.
Bu gün 21 yaşlı qadın zəhərlənmə şikayəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
7news.az xəbər verir ki, APA-nın məlumatına görə, xəstəxanaya yerləşdirilən Qasımova Nərmin Allahverdi qızının zəhərlənmə ilə yanaşı, döyüldüyü də müəyyənləşib.
Atası Allahverdi Mustafayev bildirib ki, qızı 7 ildir, rayonun Hindarx qəsəbəsinə gəlin köçüb.
O, qızının dəfələrlə zorakılğa məruz qaldığını deyib:
“Bizim qızımızı döyüblər və o da zəhər içərək intihara cəhd edib”.
Faktla bağlı N. Qasımovanın valideynləri Ağcabədi rayon Polis Şöbəsinə müraciət ediblər, araşdırma aparılır.
7news.az








