14 yaşlı oğlan ata olub.
Hadisə Qərbi Avstraliyanın paytaxtı və ən böyük şəhəri olan Pertdə baş verib.
The West Australian yazır ki, 12 yaşlı qızın doğduğu uşağın atası 14 yaşlı oğlandır.
Qız hamilə qalarkən 11 yaşında olub və hamiləliyindən xəbərsiz olan qız evdə uşağını dünyaya gətirib.

"Uşaqların yaşı az olduğuna görə onların və ailələrinin kimliyini qorumaq məqsədi ilə hadisə ilə bağlı ətraflı məlumat verə bilmirik", - polis mətbuata açıqlamasında söyləyib.
"Qanunla onların hər ikisi saxlanılmalıdır, lakin böyük ehtimalla, saxlanılan tərəf oğlan olacaq".
7News.Az








