RU
14 yaşlı piyadanı avtomobil vurub
23:34
368

14 yaşlı piyadanı avtomobil vurub

Neftçalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

7news.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Xıllı qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Farik Hikmət oğlu Quliyev yolla gedərkən Astanlı kənd sakini Murad Şahin oğlu Məmmədov idarə etdiyi 47-BC-241 dövlət nömrə nişanlı "VAZ-2108" markalı avtomobillə vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 9-cu sinif şagirdini sürücü elə öz maşınında Neftçala rayon mərkəzi xəstəxanasına çatdırıb. İlk tibbi yardım alan zərərçəkən travmatologiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ