RU
14 yaşlı qız otağında ölü tapıldı
18:30
1827

14 yaşlı qız otağında ölü tapıldı

Türkiyədə lisey şagirdi olan 14 yaşlı Sedanur Karateke şagird yataqxanasındakı otağında ölü tapılıb.

Dünən axşam yeməyindən bir neçə saat sonra otağına keçən Karatekenin cəsədi yoldaşları tərəfindən müəyyən edilib. Hadisə yerinə polislər gəliblər. 

Araşdırma zamanı məlum olub ki, Sedanur Karatekenin valideynləri bir müddət əvvəl ayrılıblar.

Lisey şagirdinin hansı səbəbdən öldüyü hələlik açıqlanmır.

Qeyd edək ki, Sedanur Karateke keçən il liseyə qəbul imtahanları zamanı yüksək nəticə göstərdiyi üçün təhsil idarəsi tərəfindən mükafatlandırılmışdı.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ