RU
14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi
13:00
38

14 yaşlı qızı öldürüb anasını bıçaqlayan ömürlük məhkum edildi

Qeyri-rəsmi nikahda olduğu Əfsanə Şadatovaya xəsarət yetirməkdə onun 14 yaşlı qızı Günay Şadatovanı öldürməkdə ittiham olunan Zaur Babayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən Z.Babayev təkrar qəsdən adam öldürməkdə və yetkinlik yaşına çatmayan şəxsi zorlamaqda təqsirli bilinərək ömürlük məhkum edilib.

O, qalan ömrünü həbsxanada keçirəcək.

Qeyd edək ki, hadisə bu ilin fevralında Sabunçu rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Həmin gün 43 yaşlı Əfsanə Şadatovaya bıçaqla xəsarət yetirilməsi, onun 14 yaşlı qızı Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 42 yaşlı Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Z.Babayevə qarşı Cinayət Məcəlləsinin 120.2.10 ( təkrar qəsdən adam öldürmə) və 144.3.3 ( zorlama) maddəsi ilə ittiham irəli sürülüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ