İngiltərədə, 31 yaşına qədəm qoyan "Nutmeg” adlı pişik "dünyanın ən yaşlı pişiyi” adını qazanıb.
"Metro”saytına istinadən xəbər verir ki, 26 il əvvəl Cek Perri adlı şəxs 1985-ci ildə dünyaya gələn "Nutmeg”i himayəyə götürüb. Ailənin bir üzvünə çevrilən "Nutmeg” in sağlamlığı ilə bağlı ciddi problemi yoxdur. Bu üzdən onun özünə məxsus rekordu yeniləcəyi güman edilir. Bildirilir ki, pişiyin ömrünü insan yaşı ilə müqayisə etdikdə onun 141 yaşında olduğunu demək olar.
7News.az








