“15-dən çox ölkə neft hasilatının həcminin yanvar səviyyəsində dondurulması ilə razı olduğunu ictimaiyyət qarşısında təsdiqləyib” .
Bu barədə Rusiya energetika naziri Aleksandr Novak bildirib.
“Lakin bunu ancaq ictimaiyyət qarşısında elan etmək kifayət etmir. Neft hasilatının dondurulmasına hazırlıq üçün mütləq nazirlər səviyyəsində görüş keçirib bu qərarı təsdiqləmək lazımdır”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, İranın iştirakı olmadan da neft hasilatının dondurulması öz effektini göstərəcək.
A. Novak həmçinin qeyd edib ki, neftin dünya bazarındakı qiyməti 2014-cü ildəki səviyyəsinə qayıtmayacaq: “O zamanlar neftin bir barelli 100 dollar idi. Bu il isə neftin bir barellinin 50-60 dollar olması böyük möcüzədir.
Qeyd edək ki, fevralın 16-da Qətərin paytaxtı Dohada dörd böyük neft ixracatçısı olan Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər neft istehsalını yanvar ayı səviyyəsinə uyğun dondurmaq qərarı alıb./qafqazinfo
7news.Az








