Kocaelinin Çayırova bölgəsində saxta pul çap etmək üçün mətbəə açan 5 nəfər polis tərəfindən saxlanılıb.
7News.Az xəbər verir ki, bu barədə Türkiyənin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb.
Açıqlamaya görə, saxlanılanlardan üçü xarici ölkə vətəndaşı olub. Əməliyyat zamanı 1.5 milyon dollar ələ keçirilib.








