7NEWS.az xəbər verir ki, Almaniyanın Baden-Vürtemberq əyalətinin Offenburq şəhərində Waldbach məktəbində 15 yaşlı oğlan sinif yoldaşını başından güllələyib. Ölkəni silkələyən hadisədə ağır yaralanan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım qrupu sövq edilərkən, məktəbdəki 180 şagird təxliyə edilib. Polisin verdiyi açıqlamada təcavüzkarın sinif otağına girərək xüsusi olaraq sinif yoldaşını hədəf aldığı bildirilib.
7NEWS.az








