Böyük Britaniyada 15 yaşlı uşağı ömürlük həbs cəzasına məhkum ediblər.
Müttəhim Avstraliyanın Melburn şəhərində keçirilən paradda polisləri öldürməyi planlaşdırırmış.
İttiham olunan şəxsin yaşı ilə əlaqədar onun adı çəkilmir. BBC həmin şəxsin terrorçuluqla əlaqəli olduğunu deyir.
İstintaq materiallarına əsasən hücumun təşkilatçıları cinayəti 25 apreldə - ANZAK günü gerçəkləşdirməyi planlaşdırıbmış.
Hadisə zamanı 14 yaşı olan yeniyetmə Avstraliyada ehtimal olunan cihadçıya terror aktı ilə bağlı mesajlar göndərirmiş./day
7news.az








