RU
150 minlik dələduzluq edən qadına güzəşt edilmədi
11:09
719

150 minlik dələduzluq edən qadına güzəşt edilmədi

150 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. 

Bakı Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun qərarına əsasən cəzanın yüngülləşdirilməsi üçün hallar müəyyən edilməyib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin A. Rəhimovanın 6 il müddətinə azadlıqdan məhrum edilmsəsi il bağlı hökmü qüvvədə saxlanılıb. 

 

İttihama görə, A.Rəhimova Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min pul alıb. Daha sonra "İphone” telefonu satmaq almaq adı ilə yenə Qüdrət Məmmədovdan 14 min manat alıb. O, həmçinin Surxay Məmmədov adlı şəxsdən  qızıl əşyaları alıb satmaq adı ilə 55 min manat alıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ