Rusiyada yaşayan 16 yaşlı Maryana Naumovaöz qeyri adi bacarığı ilə diqqət çəkir. Maryananın gücü onu izləyənlərə “aslanın erkəyi, dişisi olmaz” məsələni bir daha xatırladır.
Günə idmanla başlayıb, idmanla yekun vuran Maryana Naumova bu dəfə hər kəsi əməlli başlı heyrətləndirib. Zərif cinsin nümayəndəsi 60 kiloqram çəkisi olsa da, 110 kiloqramlıq ştanqı heç bir çətinlik çəkmədən qaldırıb. Bununla da o, dünya rekorduna imza atıb. Lakin Maryana bu uğurla kifayətlənmək fikrində deyil. O, göstəricisini təkmilləşdirmək və artırmaq üçün daha çox məşq edəcəyinə söz verib.
Ştanqı qaldırarkən heç bir çətinlik çəkmədim. İnsanların əksəriyyəti 110 kiloqramlıq ştanqı qaldıracağıma ümid etməsələr də, mən bunu bacardım
Hər zaman ətrafındakı insanlardan güclü olmağa çalışdığını deyən Maryana Naumova yeni dünya rekordları vəd edir.








