Hadisə Qubanı rayonunda baş verib.
Bu gün Quba rayonunda intihara cəhd faktı qeydə alınıb.
7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəvədabanı yaşayış massivində qeydə alınıb.
2000-ci il təvəllüdlü İsgəndərova Nərmin Vüqar qızı yaşadığı evin yaxınlığında özünü qayadan atıb. O, Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda reanimasiyadadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
7news.Az








