7NEW.az xƏbər verir ki, Rusiyanın Sibir Federal Dairəsinin Omsk şəhərinə getmək üçün Soçidən havaya qalxan Ural Hava Yollarına məxsus Airbus A320 tipli sərnişin təyyarəsi Novosibirsk vilayətində əkin sahəsinə məcburi eniş edib.
Aviaşirkətdən verilən açıqlamada "Eniş heç bir problem olmadan həyata keçirilib. "Təyyarədə 161 sərnişin və 6 ekipaj üzvü olub, xəsarət alan olmayıb”.
Rusiya mətbuatı sərnişin təyyarəsinin texniki səbəblərə görə əvvəlcə Novosibirsk hava limanına eniş tələb etdiyini, daha sonra təyyarənin tarlaya eniş etdiyini və sərnişinlərin təxliyə edildiyini bildirib.
7NEWS.az








