26 yaşlı kişi 17 yaşlı həyat yoldaşını ailəsinə geri qaytarıb və 16 yaşlı qızı qaçırıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Balıkəsir vilayətində yaşayan Vadə Və Hüseyn cütlüyü 16 yaşlı qızları R.D-nın 26 yaşlı Müammər.B tərəfindən qaçırıldığını iddia edərək polisə müraciət ediblər. 1 ay keçməsinə baxmayaraq qızlarından xəbər ala bilməyən Duman cütlüyü qızlarının onlara geri qaytarılmadığını söyləyib.
Ana Vadə Duman ilk qızlarının da 16 yaşında olarkən bu ailə tərəfindən qaçırıldığını söyləyib: "Qızımı qaçıran ailə bizə zəng göstərib təhdid etdi. Qızım uşaqdır. Evlənmə yaşında deyil. O, aldadılaraq saxlanılır. 1 aydır ki ondan xəbər ala bilmirik. Mənim qızımın 16 yaşı var. Onun həyatını məhv etməsinlər. O, mənim Filizim, baş tacımdır. Mən qızımın arxasındayam. Nə olursa olsun qızımı qəbul edirəm. Məni təhdid edib şikayətimi geri götürməyimi istəyirlər. Polislər elə bil onların adamı idi. Mənə deyirdilər ki, qızlarının hər ikisinə ev alacaqlar. Onlardan da şikayət etdim. Komandir mənə zəng edib niyə bizdən şikayət vermisən dedi. Mənim qızımı tapmaqlarını tələb edirəm. Pişik balası olsaydı çoxdan tapılardı. Qızımı son nəfəsimə kimi axtaracağam. Dövlətimizin mənə kömək etməyini istəyirəm”.
R.B-nın əmisi Emin Duman bildirib ki, burada 13 yaşlı qızlar evləndirilir: " Azyaşlılar aldadılaraq qaçırılır. Çox zaman valideynlər qızlarını qaçıran ailələrdən şikayətçi olmur. Bizim qızımızı da qaçırdılar. Hələ də qızımız tapılmayıb”.
7News.Az