RU
17 yaşlı epilepsiya xəstəsi maşını ağaca çırpdı
01:00
522

17 yaşlı epilepsiya xəstəsi maşını ağaca çırpdı

Bakı-Qazax magistral yolunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

Şəmkir rayon Yeniabad kənd sakini, 1999-cu il təvəllüdlü Qədirov Sübhan "VAZ 2106” markalı avtomobili idarə edərkən Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Kür qəsəbəsinə dönən hissəsində ağaca çırpılıb. Məlumata görə, S. Qədirov epilepsiya xəstəsi olub və qəzaya səbəb xəstəliyinin tutması olub. 

S. Qədirov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, oradan isə Gəncə şəhərindəki xəstəxanalardan birinə köçürülüb. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ