Daxili İşlər Nazirliyi Şəmkir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
7news.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 16-da Şəmkir rayonunun Morul kəndində şəhər sakini Sərvan Rəhimov idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Elbrus Nəcəfov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada ölən şəxslərin hər ikisinin 17 yaşı olub.








