RU
17 yaşlı oğlan bacısını qanına qəltan etdi
17:04
625

17 yaşlı oğlan bacısını qanına qəltan etdi

Salyan rayonunda qətl hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında rayonun Xurşud kəndində qeydə alınıb.

Belə ki, ailə-məişət münaqişəsi zəminində həmin kəndin sakini, 17 yaşlı Əkbər Rauf oğlu Əsədov bacısı, 18 yaşlı Fərqanə Əsədovanın ürək nahiyəsindən bir bıçaq zərbəsu vuraraq onu qətlə yetirib.

Bacısını qətlə yetirdikdən sonra Ə.Əsədov Salyan Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü təslim olub. O, bacısını qətlə yetirdiyi bıçağı da özü ilə RPŞ-yə gətirib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. //report

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ