RU
17 yaşlı qız tibb dərsində öyrəndiyi ELƏ BİR ŞEYİ öz üzərində sınadı ki ...,- Öldü
11:31
756

17 yaşlı qız tibb dərsində öyrəndiyi ELƏ BİR ŞEYİ öz üzərində sınadı ki ...,- Öldü

İstanbulda tibb bacısı sahəsi üzrə təhsil alan qız dərsdə öyrəndiyi metodu öz üzərində sınaqdan keçirmək istəyib.

17 yaşlı Deniz Temiz, dərsdə öyrəndiyi serum (fizioloji məhlul) müalicəsi üsullarını öz üzərində sınaqdan keçirincə həyatını itirib.
Əvvəllər də bu sınaqları etdiyi məlum olan qız, son olaraq həddindən artıq dozada dərman qəbul edib və bişməcədən qurtulmaq üçün yenə venasına fizioloji məhlul yeridib.

Dənizin hər hansı bir psixoloji narahatlığının olmadığını ifadə edən əmisi Emin Temiz: "Hadisə baş verdiyi zaman ailəsi iş səbəbiylə İzmirdəydi. Qardaşım qızının məktəbdə öyrəndiklərini öz üzərində sınadığını bilirdim. Son olaraq təzyiq həbi alıb, öz səhhətini yaxşılaşdırmaq üçün qoluna fizioloji məhlul bağlamışdı. "Bunu məzun olandan sonra et", - deyirdim. Amma təəssüf ki, məni dinləmədi ", - deyib. 
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ