RU
173 İŞİD-çini məhv edən qoca:
17:26
702

173 İŞİD-çini məhv edən qoca: "Hələ harasıdır ki..." - VİDEO

"İŞİD-ə, bu təşkilatın ideologiyasına, oradakı terrorçuların əxlaqına və düşüncəsinə nifrət edirəm. Onlar islama ləkə, müsəlmanların üz qaralarıdır. İŞİD xərçəng yarasıdır və məhv olunmalıdır. Bax, bu səbəbdən İŞİD-ə qarşı döyüşürəm".

62 yaşlı Yasin əbu Tahsin snayperdir.

7News.az Al Jazeera-ya istinadən bildirir ki, qoca Yasin yaşına rəğmən İraqın Nineviya vilayətindəki şiələrin könüllü silahlı dəstələrindən birinə qoşulub.

Dəstə komandirinin dediyinə görə, əbu Tahsin ötən ilin əvvəlindən bəri 173 İŞİD terrorçusunu məhv edib.

"Çox güclü tüfəngim var. Hər dəfə atəş açanda tüfəngin qundağı az qala məni bir metr geri atsın. Bax, bu ərazini mən qoruyuram. Nə qədər ki, buradayam, İŞİD-in biri  iti də irəli gələ bilməz", - əbu Tahsin deyir.

Yasin əbu Tahsin çox təcrübəli döyüşçüdür. O, indiyədək İsrail-ərəb savaşında, İran-İraq savaşında, İraqın Küveyti işğal etməsində, "Səhrada tufan" savaşında iştirak edib.

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

173 İŞİD-çi məhv edən qoca:



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ