RU
18 nəfər dəm qazından zəhərlənib: 2-si uşaqdır
11:11
344

18 nəfər dəm qazından zəhərlənib: 2-si uşaqdır

Oktyabr ayı ərzində 18 nəfər dəm qazı zəhərlənmə diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib.


Bunu  1 saylı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. Onun sözlərinə görə, dəm qazından zəhərlənənlərin sayında artım qeydə alınmayıb.

"Keçən həftə 10 nəfər, ondan əvvəlki həftə isə 8 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə daxil olub. Dəm qazından zəhərlənənlərdən 2-i uşaqdır. Onların vəziyyəti orta-ağırdır. Hələki ağır xəstəmiz olmayıb”./azvision.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ