RU
18 yaşlı oğul anasını bu sözünə görə öldürdü - Dəhşətli qətl - FOTO
16:10
1057

18 yaşlı oğul anasını bu sözünə görə öldürdü - Dəhşətli qətl - FOTO

Dənizlidə 35 yaşlı qadın 2 yaşlı övladının gözləri önündə 18 yaşlı oğlu tərəfindən güllələnib. 

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osman Gəncər anası Rəhimə Gəncəri "Sən qarnını da satarsan" sözünə görə öldürüb.

Osman Gəncər polisə ifadəsində evlərindən 20 min lirəlik qızıl oğurladığını və buna görə anası ilə aralarında mübahisə yarandığını bildirib: "Anamın "Sən qarnını da satarsan" sözü məni özümdən çıxartdı. Ona görə onu güllələdim”. 

İddiaya görə, Osman Gəncər anasını öldürəndən sonra polisə və təcilli tibbi yardıma zəng edərək "Anamı evdə qanlar içində tapdım" deyib. 40 yaşlı Musa Gəncər həyat yoldaşının ölüm xəbərini oğlu Osman Gəncərdən öyrənib. 

Osman Gəncərin anasını öldürməkdə istifadə etdiyi ov tüfəngi evlərinin yaxınlığında tapılıb. 
Hadisə ilə bağlı qadının digər oğlu Məhmət Gəncər və həyat yoldaşı Musa Gəncər saxlanılıb. 
Lakin verdiyi ifadələr nəticəsində cinayəti Rəhimə Gəncərin 18 yaşlı oğlu Osman Gəncər tərəfindən törədilməsi bəlli olub.

18 yaşlı oğul anasını bu sözünə görə öldürdü - Dəhşətli qətl - FOTO
7News.Az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ