İordan çayının qərb sahilində, Hevron şəhərində İsrail ordusunun iki əsgəri ilə polisin davranışı çox böyük qalmaqal yaradıb.
Hevron şəhərindəki nəzarət-buraxılış məntəqələrindən birində yəhudi hərbçilərlə polis gənc tələbə qızı saxlamışdılar.
Qara burkada olan tələbə qıza "üzünü aç, simanı görək" deyilib. 18 yaşlı qız isə "İslam qadına naməhrəm kişilərin qarşısında üzünü açmağı yasaqlayıb, məni günaha vadar etməyin, yalvarıram" söyləyib.
Əsgərlər israr ediblər. Onlar avtomatlarını 18 yaşlı Hədel Əl Həşlamuna tuşlamışdılar.
Hədel ağlayıb, yalvarıb. Amma onu dinləməyiblər.
Belədə Hadel sinirlənib və qarşısında duran polisi sinəsindən itələyib.
Yaxınlıqdakı əsgərlərin ikisi də atəş açaraq 18 yaşlı tələbə qızı güllələyib.
Universitet tələbəsi kritik vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlər onu ölümün cəngindən ala bilməyiblər. Qızın atası Səleh əl Həşlamunun dediyinə görə, Hədel aldığı güllə yaralarından keçinib.
Tələbə qızın dəfni Hevronda İsrailə qarşı kütləvi etiraz aksiyasına çevrilib.
İsrail ordusu və polislər aksiyanı dağıtmağa çalışıblar.
Axşam saatlarında isə Hevron yaxınlığındakı kənddə 23 yaşlı fələstinli gəncin meyidi tapılıb. Onu israilli əsgərlər güllələyiblər./atv
7news.az














