Ağdamda avtomobil 18 yaşlı velosipedçini vurub.
Hadisə rayonun Əhmədağalı kəndində baş verib.
Kənd sakini, 1998-ci il təvəllüdlü Ehtiram Zeynalov yolu velosipedlə keçərkən "Ford” markalı avtomobillə toqquşub. Sürücü E.Zeynalovu Ağdam Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, müayinə zamanı E.Zeynalovda kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri müəyyən olunub. Onun həyatının təhlükədə olmadığı bildirilir.
Sürücü Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır./apa
7news.Az








