RU
1800 qaçqın xilas edildi
13:05
476

1800 qaçqın xilas edildi

İtalyan sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizində batmaqda olan bir neçə qayıqdan 1800 nəfəri xilas ediblər.

Genişmiqyaslı axtarış işləri açıq dəniz göyərtəsində qeyri-qanuni miqrantların olduğu on beş gəminin aşkar edilməsindən sonra başlanılıb.


Yardımın gəlməsinə baxmayaraq, miqrantların bəzilərini xilas etmək mümkün olmayıb. Sahil mühafizə xidmətinin əməkdaşları sudan təxminən 30 meyit çıxarıb ki, onların yarısı qadınlar və uşaqlardır.


Şahidlərin sözlərinə görə, hazırda Aralıq dənizində miqrantları daşıyan bir neçə qayıq da var.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ