RU
19 azərbaycanlı Rusiyadan qovuldu
10:28
1621

19 azərbaycanlı Rusiyadan qovuldu

Bu ilin əvvəlindən Başqırdıstan üzrə Məhkəmə Pristavlarının Federal Xidmətinin İdarəsi Rusiyada qalmaq qaydalarını pozan 256 miqrantı ölkədən qovub.

7News.Az xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda bildirilir. 

Məlumata əsasən ölkədən 149 Özbəkistan, 45 Tacikistan və 19 Azərbaycan vətəndaşı deportasiya olunub. Rusiyadan çıxarılan şəxslər arasında Qırğızıstan, Türkiyə, Vyetnam və digər ölkələrdən olan şəxslər də var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ