RU
19 yaşlı erməni 14 yaşlı rus qızı öldürüb
00:24
1497

19 yaşlı erməni 14 yaşlı rus qızı öldürüb

Kislovodskda martın 5-də tanınmaz halda olan meyit tapılıb. İlkin araşdırmalar nəticəsində qətlə yetirilənin 14 yaşlı məktəbli Aleksandra O. olduğu bəlli olub. Onun ölənə qədər daşla çoxsaylı zərbələr aldığı məlum olub.

Hüquq-mühafizə orqanları bu cür vəhşicəsinə törədilmiş qətldə 19 yaşlı erməni Artom Akopyanı şübhəli qismində saxlayıb.

A. Akopyan qətli törədəndən 1 sutka sonra sosial şəbəkədə cavabsız qalmış sevgisinə görə Aleksandranı öldürdüyünü yazıb. O, paylaşımda hər kəsdən onu bağışlamasını xahiş edib və özünü öldürəcəyini deyib.

Bu müddətdə isə polislər onun yerini tapmaq istiqamətində axtarışlar keçirib. Onu öz evinə yaxın binalardan birinin zirzəmisində tapıblar.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

7news.Az

 

 

 

19 yaşlı erməni 14 yaşlı rus qızı öldürüb - Sevdiyinin “yox” cavabına görə

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ