7news.Az-ın unikal.org-a istinadən verdiyi xəbərə görə, 22 yaşlı Dixonun cəsədi Avstraliyanın Melburn bölgəsindəki futbol sahəsində tapılıb.
Məlum olub ki, gənc qadın şou proqramdan çıxandan sonra kafelərdən birində çay içmək üçün dayanıb. O daha sonra evinə qayıdıb. Gənc qadın gecə evə qayıdarkən təcavüzə məruz qalıb və öldürülüb.
Sosial şəbəkələrdə qadının hücuma məruz qalaraq qətlə yetirilməsi ciddi müzakirələr yaradıb və bir çoxları 2012-ci ildə irlandiyalı Jill Meqerin də Melburnda öldürülməsini buna bənzər hadisə olaraq xatırlayıblar. Həmin vaxt Meqerin ölümündən sonra təxminən 30 min insanın iştirakı ilə sülh yürüşü keçirilmişdi.











