RU
19 yaşlı gənc alimentə görə atasını ürəyindən bıçaqladı - FOTO
17:50
517

19 yaşlı gənc alimentə görə atasını ürəyindən bıçaqladı - FOTO

Çanakkalenin Biga bölgəsində anasından 3 il əvvəl boşanan və alimentə görə atasını öldürən gənc məhkəməyə çıxarılaraq həbs edilib.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı Ö.M anası Kadriyə Kəsərdən 2015-ci ildə boşanan atası Nihat Makas ilə kəndin ortasında mübahisə edib. O, atasından onun üçün ödədiyi alimenti qaldırmağı tələb edib. Bunu qəbul etməyən Mihat Makas və oğlu arasında dava düşüb. Gənc oğlan üzərindəki bıçaqla atasını ürəyindən bıçaqlayıb. Nihat Makas qanlar içində yerə yıxılıb. Oğlu isə hadisə yerindən qaçıb. 

Hadisəni görən sakinlər polisə və təcili tibbi yardıma xəbər veriblər. Nihat Makas təcili tibbi yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə yerindən qaçan Ö.Manası ilə birlikdə evdə gizlənib. Atasını öldürən gənc polisə təslim olub. O, çıxarıldığı ilk məhkəmənin qərarı ilə həbs edilib. 

7News.Az
19 yaşlı gənc alimentə görə atasını ürəyindən bıçaqladı - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ