Bakının Xətai rayonunda asılmış gəncin meyiti tapılıb.
7news.Az xəbər verir ki, hadisə bu gün saat 17-37-də Zığ şosesi 4 anvanında qeydə alınıb. Polisə məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunub.
İlkin müayinə zamanı meyitin 18-19 yaşında olan gənc oğlana məxsus olduğu məlum olub. Araşdırmalar zamanı həmin gəncin intihar etdiyi bilinib.
Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən bildirdilər ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin səbəbləri və ölən şəxsin kimliyi məlum deyil.








