Qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması və bununla da döyüş şəraiti yaranması nəticəsində şəhid olan əsgər dəfn edilib. O, doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycan Ordusunun əsgəri Elşən İsmayılov cəbhənin Fizuli istiqamətində şəhid olub. 19 yaşlı şəhidin dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin rəhbərliyi və nümayəndələri eyni zamanda rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak ediblər.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra o "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunacaq. İsmayılovlar ailəsinin dördüncü övladı olan şəhid bir müddət əvvəl anasını itirmişdi./ttv
7news.az










