RU
190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı
12:00
231

190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.


O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir:

"Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ