7NEWS.az xəbər verir ki, ABŞ-ın Oklahoma ştatında bu il ikinci ölüm hökmü icra ediləcək. 1995-ci ildə Talsada 20 yaşlı Şaronda Uayt Klarkı qəssab bıçağı ilə qətlə yetirən 51 yaşlı Jemaine Cannon bu gün edam olunacaq. Kannonun edamı Oklahoma ştatının Makalesterdəki cəzaçəkmə müəssisəsində yerli vaxtla saat 10:00-da zəhər inyeksiyası ilə həyata keçiriləcək. 1995-ci ildə Jemaine Cannon Oklahoma Penitensiar Müəssisəsinin iş mərkəzindən qaçdıqdan sonra bir mənzildə birlikdə yaşadığı iki uşaq anası Şaronda Uayt Klarkı bıçaqladı.
7NEWS.az








