Ümumilikdə Tarif Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qeydiyyatda olan 9 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib.
Bunlardan 7 347 dərman vasitəsi təsdiq edilən qiymətlərlə artıq satışdadır, digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə sabahdan qüvvəyə minəcək.
Beləliklə, sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın qərarları” və "Dərman vasitələri” bölmələrində yerləşdirilib. /Report.az
7news.Az








