Ukraynada yaşayan vətəndaşlarımızın təxliyəsinə başlanılıb və 9 500-dən artıq şəxs təxliyə edilib.
7News.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O qeyd edib ki, ölkəyə təxliyə edilənlər arasında Ukrayna vətəndaşları da var.
"15 gün ərzində 2 800 Ukrayna vətəndaşı ölkəyə gəlib", - deyə o bildirib.
7News.Az








