Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” alan məzunlar üçün buraxılış imtahanı keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə,imtahanda ümumtəhsil müəssisələrində əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” alan və ya eksternat qaydada təhsil alan şəxslərlə yanaşı, üzrlü səbəblərdən buraxılış imtahanında iştirak etməyən cari ilin məzunları da iştirak edəcəklər. İmtahanlar iyulun 5-də olacaq.
7News.Az








