RU
13:30
235

"2 aydır valideynlərimi görmürəm" - Koronavirusa əhəmiyyət verilməyən ölkə yoluxanların sayına görə üçlükdədir - FOTO

raziliyada yaşayan Elaine Oliveira adlı tibb bacısı qoruyucu geyimdə çəkdiyi selfini sosial şəbəkədə yayaraq insanları evdə qalmağa səsləyib.

7News.Az BBC-yə istinadla xəbər verir ki, Fortaleza şəhərindəki xəstəxanada işləyən 33 yaşlı tibb bacısı hər kəsin evdə qalması üçün yalvarıb.

"2 aydır valideynlərimi görmürəm, onlar üçün çox darıxmışam. Mən burada bunları yazarkən kolleqalarım iş başındadır və kiminsə həyatını xilas edirlər", - deyə üsyan edib.

"Mən alqış və ya tərif gözləmirəm, mənim istədiyim tək şey sizin evdə qalıb, özünüzü qorumağınızdır", - tibb bacısı insanları xəstəliyə ciddi yanaşmağa çağırıb.

Braziliya koronavirusa yoluxanların sayına görə ilk üçlüyə daxil olub. Ölkədə koronavirusdan ölənlərin sayı 18 mini keçib, xəstəxanalarda yer qalmayıb. Bir müddət əvvəl Braziliyanın Amazonas əyalətinin mərkəzi şəhəri olan Manaosda Covid-19-dan ölənlər üçün kütləvi məzar qazılmağa başlayıb.

 

Qeyd edək ki, koronavirusu ciddi qəbul etməyən ölkə başçısı Jair Bolsonaro bir müddət əvvəl sosial izolyasiya tədbirlərinin keçirilməsinə etiraz məqsədi ilə təşkil olunan aksiyada iştirak edib. O, həmçinin xalqa "evdə qal" çağırışı edən səhiyyə naziri Luiz Henrique Mandetta-nı işdən qovub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ